2018-ci ilin yanvar ayı ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən birja əqdlərinin ümumi dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 94,5% artaraq 2 mlrd. 49 mln. 64 min 328 manat təşkil edib.
“APA-Economics”in məlumatına görə, bütün alətlər üzrə BFB-da keçirilmiş hərracların müqayisəli cədvəlinə nəzər salanda məlum olur ki, 2017-ci ilin yanvar ayı ilə müqayisədə bu ilin eyni dövründə qiymətli kağızlar bazarı 25,7 dəfə artaraq 1 mlrd. 22 mln. 675 min 252 manat təşkil edib.
Pay və borc alətləri bazarında da ciddi azalma qeydə alınıb. Başqa sözlə, son 1 ildə pay bazarı 26,6 dəfə azalaraq 22,566 mln. manata, borc alətləri bazarı 36,7 dəfə azalaraq 26 mln. 77 min 436 manata enib.
Törəmə Maliyyə Alətləri Bazarında (Forex) isə vəziyyət ürəkaçan olub. Ötən ilin yanvar ayı ilə müqayisədə bu ilin eyni dövründə Törəmə Maliyyə Alətləri Bazarı 2,6 dəfə artaraq 965 mln. 803 min 79 manat olub.