Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-iyun ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə aparılmış əməliyyatların ümumi həcmi 2,985 mlrd. manat təşkil edib. Bu da 2012-ci ilin eyni dövrü ilə müqayisədə 48% azdır.
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə korporativ qiymətli kağızlar (KQK) bazarının həcmi 2 dəfə artaraq 233,587 mln. manat təşkil edib. Korporativ istiqrazların ilkin bazarının həcmi hesabat dövründə 95,5% artaraq 62,905 mln. manat, təkrar bazarın həcmi isə 2 dəfə artaraq 170,682 mln. manat təşkil edib.
Səhm bazarına gəldikdə isə, hesabat dövründə səhmlərin ilkin bazarı 4,9 dəfə artıb, təkrar bazarı isə 4% azalıb. Ümumiyyətlə, hesabat dövründə səhm bazarı ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 dəfə artaraq 1 765,560 mln. manat təşkil edib.
Bu ilin ilk yarısında
Yanvar-iyun aylarında dövlət istiqrazlarının (Dİ) ilkin bazarı 30,4% artaraq 46,627 mln. manat, təkrar bazarı isə 6,7 dəfə artaraq 8,933 mln. manat təşkil edib. Ümumiyyətlə, hesabat dövründə DQK bazarı hesabat dövründə 2,2 azalaraq 2,574 mlrd. manat olub.
|
Bazarın seqmentləri |
Yanvar-iyun, 2013 |
Yanvar-iyun, 2012 |
Nisbət, % |
||
|
Əqdlərin həcmi, AZN |
Əqdlərin sayı |
Əqdlərin həcmi, AZN |
Əqdlərin sayı |
||
|
Dİ (AMN) (yerləşdirmə) |
46 627 770,64 |
29 |
35 753 471,07 |
15 |
30,4% |
|
Dİ (AMN) (təkrar bazar) |
8 933 627,52 |
3 |
1 325 851,92 |
2 |
6,7 dəfə |
|
Notlar (AMB) (yerləşdirmə) |
179 933 454,86 |
69 |
604 249 270,36 |
145 |
-3,4 dəfə |
|
Notlar (AMB) (təkrar bazar) |
43 955 612,02 |
4 |
12 486 939,02 |
8 |
3,5 dəfə |
|
Repo əməliyyatları |
2 295 470 977,90 |
218 |
4 938 350 331,89 |
659 |
-2,2 dəfə |
|
DQK bazarı cəmi |
2 574 921 442,94 |
323 |
5 592 165 864,26 |
829 |
-2,2 dəfə |
|
Korporativ istiqrazlar (yerləşdirmə) |
62 905 276,60 |
47 |
32 185 335,00 |
53 |
95,5% |
|
Korporativ istiqrazlar (təkrar bazar) |
170 682 297,37 |
82 |
83 782 802,71 |
32 |
2 dəfə |
|
Səhmlər (yerləşdirmə) |
171 970 589,10 |
189 |
35 451 602,55 |
47 |
4,8 dəfə |
|
Səhmlər (təkrar bazar) |
4 590 768,02 |
1 999 |
4 780 830,77 |
1 809 |
-4% |
|
KQK bazarı cəmi |
410 148 931,09 |
2 317 |
156 200 571,03 |
1 941 |
2,6 dəfə |
Cəmi |
2 985 070 374,03 |
2 640 |
5 748 366 435,29 |
2 770 |
-48% |
Dİ – dövlət istiqrazları;
AMN – Azərbaycan Maliyyə Nazirliyi;
AMB – Azərbaycan Mərkəzi Bankı;
DQK – dövlət qiymətli kağızları;
KQK – korporativ qiymətli kağızlar.