Bank Of Baku

Bakı Fond Birjasının dövriyyəsinin 78%-i repo əməliyyatlarının payına düşür

Bakı Fond Birjasının dövriyyəsinin 78%-i repo əməliyyatlarının payına düşür
# 11 fevral 2014 13:39 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin yanvar ayında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə aparılmış əməliyyatların ümumi həcmi 1,483 mlrd. manat təşkil edib ki, bu da 2013-cü ilin yanvarı ilə müqayisədə 10,1 dəfə çoxdur.

 

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə korporativ qiymətli kağızlar (KQK) bazarının həcmi 17 dəfə artaraq 303,2 mln. manat təşkil edib. Korporativ istiqrazların ilkin bazarının həcmi hesabat dövründə 2,7 dəfə artaraq 22,5 mln. manat, təkrar bazarın həcmi isə 22,9 dəfə artaraq 173,8 mln. manat təşkil edib. Ötən ay səhmlərin ilkin bazarı 71,1 dəfə artıb, təkrar bazarı isə 11,1% azalıb.

 

Hesabat ayında BFB-nin dövriyyəsinin müsbət dinamikasına dövlət qiymətli kağızları (DQK) bazarı, əsasən də repo əməliyyatları səbəb olub. Belə ki, qiymətli kağız olmayan və əsasən banklararası kreditlərin bir növü olan repo əməliyyatlarının həcmi 1,150 mlrd. manat və ya ümumi həcmin 77,6%-ni təşkil edib. Repo əməliyyatları üzrə illik artım 23,6 dəfə olub.

 

BFB-da keçirilmiş hərracların müqayisəli cədvəli

Bazarın seqmentləri

Yanvar, 2014-ci il

Yanvar, 2013-cü il

Nisbət, %

Əqdlərin həcmi,

AZN

Əqdlərin

sayı

Əqdlərin həcmi,

AZN

Əqdlərin

Sayı

Dİ (AMN)  (yerləşdirmə)

0.00

0

0.00

0

-

Dİ (AMN) 

(təkrar bazar)

4 500 000.00

3

0.00

0

-

Notlar (AMB) (yerləşdirmə)

24 982 415.48

8

39 947 772.90

13

-37.5%

Notlar (AMB)

(təkrar bazar)

0.00

0

39 949 480.00

3

0.00%

Repo əməliyyatları

1 150 446 378.09

86

48 755 781.81

6

+23.6 dəfə

DQK bazarı cəmi

1 179 928 793.57

97

128 653 034.71

22

+9.2 dəfə

Korporativ istiqrazlar (yerləşdirmə)

22 454 610.00

7

8 414 500.00

4

+2.7 dəfə

Korporativ istiqrazlar

(təkrar bazar)

173 843 492.13

34

7 630 682.51

11

+22.9 dəfə

Səhmlər (yerləşdirmə)

106 704 390.52

105

1 500 000.00

5

+71.1 dəfə

Səhmlər

(təkrar bazar)

223 592.09

278

251 601.04

322

-11.1%

KQK bazarı cəmi

303 226 084.74

424

17 796 783.55

342

+17.0 dəfə

Cəmi

1 483 154 878.31

521

146 449 818.26

364

+10.1 dəfə

 

Dİ – dövlət istiqrazları;

AMN – Azərbaycan Maliyyə Nazirliyi;

AMB – Azərbaycan Mərkəzi Bankı;

DQK – dövlət qiymətli kağızları;

KQK – korporativ qiymətli kağızlar.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR