Bank Of Baku

Bakı qlobal maliyyə mərkəzi olan 100 şəhərdən biridir

Bakı qlobal maliyyə mərkəzi olan 100 şəhərdən biridir
# 27 sentyabr 2016 07:41 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. "Z/Yen Group" şirkəti dünyanın maliyyə mərkəzləri olan şəhərlərin siyahısını açıqlayıb.

 

"APA-Economics" xəbər verir ki, "Global Financial Centres Index" (GFCI) adlı hesabatı hazırlayarkən şirkət əsas maliyyə mərkəzlərinin rəqabətqabiliyyətliliyini öyrənir.

 

İlk dəfə olaraq siyahıya daxil olan Bakı 97-ci pilləsində qərarlaşıb.

 

Siyahının lideri Londondur. Nyu-York və Sinqapur ikinci və üçüncü yerləri bölüşürlər.

 

Qonşu ölkələrə gəlincə, 7 pillə irəliləyən Almatı 70-ci yerdədir. 17 pillə geriləyən Moskva və 3 pillə geriləyən Sankt-Peterburq 84 və 85-ci pillələrdə qərarlaşıblar.

 

GFCI "Z/Yen Group" tərəfindən 2005-ci ildən etibarən hazırlanır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR