Bakıda Azərbaycan-Böyük Britaniya biznes forumu keçiriləcək

Bakıda Azərbaycan-Böyük Britaniya biznes forumu keçiriləcək
# 24 sentyabr 2014 09:44 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu–APA-Economics. Bakıda Azərbaycan-Böyük Britaniya biznes forumu keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, biznes forum oktyabrın 2-də Böyük Britaniya Krallığı biznes nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində baş tutacaq.

Biznes forum İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azpromo-nun təşkilatçılığı ilə keçiriləcək. Biznes forumda İKT, tikinti və təhsil sahələri təmsil edən Böyük Britaniya şirkətləri iştirak edəcəklər.

Azərbaycanlı sahibkarlar və iş adamları forumda iştiraka dəvət edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR