Bakıda Azərbaycan hökuməti ilə Qətər hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın hər iki tərəfdən olan nümayəndə heyətinin iştirakı ilə növbəti ekspert görüşü keçirilib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Komissiyanın 2017-ci ildə Bakı şəhərində baş tutmuş 1-ci iclasının yekunlarına dair Protokolun icra vəziyyəti, iqtisadi, ticari və texniki sahələrdə ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti nəzərdən keçirilib və bu əlaqələrin daha da genişləndirilməsi üçün böyük imkanların olduğu vurğulanıb.
Görüş zamanı, həmçinin hər iki ölkənin müvafiq qurumlarının nümayəndələri arasında gələcək əməkdaşlığın prioritetlərinə dair ikitərəfli fikir mübadiləsi aparılıb və Komissiyanın növbəti iclasının təşkilinə dair məsələlər müzakirə edilib.