«APA-Economics»in məlumatına görə, iki gün davam edən konfrans MDB-nin Maliyyə-Bank Şurası və Azərbaycan Beynəlxalq Bankının təşkilatçılığı ilə keçirilib.
Konfransın sonuncu günündə MDB məkanında müasir maliyyə məhsulları və texnologiyalar, İslam bankçılığının MDB məkanında mövcud vəziyyəti və inkişaf perspektivləri, bank sektorunda telekommunikasiya yeniliklərinin tətbiqi, «Private Banking» və s. məsələlər üzrə müzakirələr aparılıb, məruzələr dinlənilib və təqdimatlar keçirilib.
Tədbirdə «NOMOS-Bank»ın İdarə Heyətinin üzvü Aleksandr Royko, «FB Konsalt» MMC-nin baş direktoru İqor Peçyonkin, KPMG-nin İslam maliyyələşdirilməsi üzrə beynəlxalq qrupunun rəhbəri Neil Miller, «Colvir Software Solutions» şirkətinin (Böyük Britaniya) MDB ölkələri üzrə rəhbəri xanım Nadejda Viknyanskaya, Azərbaycan Beynəlxalq Bankı İslam bankçılığı Departamentinin müdiri Bəhnam Qurbanzadə, MDB-nin Maliyyə-Bank Şurasının baş direktorunun müavini Əhməd Qəhrəmanov və «First East Invest»ın Orta Şərq üzrə baş müşaviri Fuad Şaker (Fouad Shaker) çıxış ediblər.
Qeyd edək ki, iki gün davam edən konfransda MDB-də maliyyə bazarlarının dayanıqlığı, Xəzəryanı maliyyə bazarları, MDB məkanında Azad Ticarət Zonası şəraitində bankların fəaliyyəti, MDB-də beynəlxalq maliyyə mərkəzlərinin yaradılması, regional inkişaf maliyyə institutları, bank kapitalının hərəkəti, fondlaşma institutları, qarşılıqlı investisiya imkanları, inteqrasiya proseslərində normativ aktları və s. məsələlər üzrə məruzələr dinlənilib və müzakirələr aparılıb.
Konfransda MBD-nin əksər ölkələrinin maliyyə və bank qurumları, bir sıra beynəlxalq maliyyə təşkilatları, Azərbaycanın bank və sığorta təşkilatlarının nümayəndələri iştirak ediblər.