Bu ilin aprel ayında Azərbaycan banklarının Mərkəzi Bankı (AMB) qarşısında öhdəliyi azalıb.
"APA-Economics" Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya əsasən xəbər verir ki, mart ayı ilə müqayisədə apreldə bankların AMB qarşısında öhdəliyi 61,6 mln. manat və ya 7,18% azalaraq 795,8 mln. manat təşkil edib.
Ümumiyyətlə, ilin əvvəlindən Mərkəzi Bankın banklara qarşı tələbləri 899,7 mln. manat və ya 53,06% azalıb.