Bank Of Baku

Baş direktor: "Bu il ərazi vergi orqanlarından büdcəyə 177 mln. manat daxil olub"

Baş direktor: "Bu il ərazi vergi orqanlarından büdcəyə 177 mln. manat daxil olub"
# 17 may 2017 09:20 (UTC +04:00)

"Regionlarda infrastrukturun inkişafı, yeni iş yerlərinin açılması, ixrac potensialının genişləndirilməsi yalnız bütün vergilərdən azad edilmiş kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan vergi ödəyicilərinin deyil, həmin ərazilərdə digər fəaliyyət növləri ilə məşğul olan vergi ödəyicilərinin də iqtisadi aktivliyinə səbəb olub". "APA-Economics" xəbər verir ki, bunu Vergilər Nazirliyinin Ərazi vergi orqanları ilə iş üzrə departamentinin baş direktoru Elçin Bəylərov "Vergilər" qəzetinə müsahibəsində deyib.

 

Onun sözlərinə görə, 2017-ci ilin birinci rübündə ümumi dövriyyələr ötən ilin müvafiq dövrü ilə müqayisədə 43,1% artıb: "Pərakəndə ticarət sahəsindən vergi daxilolmaları 6,9%, xidmət sahəsində isə 30,6% artıb. İslahatlar iqtisadi sistemin şəffaflaşmasına, əlverişli biznes mühitinin formalaşmasına, sahibkarlıq subyektlərinin fəaliyyətinin cəlbediciliyinin artırılmasına şərait yaradıb, bütün bunların nəticəsində 2017-ci ilin yanvar-aprel ayları ərzində ərazi vergi orqanları üzrə 20 mindən yuxarı vergi ödəyicisi fəaliyyətini bərpa edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 1,1 dəfə çoxdur. Cari ilin birinci rübündə fəaliyyətini bərpa edən obyektlərin sayında 2 dəfə artım olub. 2017-ci ilin yanvar-aprel ayları ərzində ərazi vergi orqanları tərəfindən dövlət büdcəsinə 155,4 mln. manat proqnoza qarşı 176,6 mln. manat vəsait daxil olmaqla proqnoz tapşırığına 113,6% əməl olunub, o cümlədən yerli mənbələr üzrə dövlət büdcəsinə 113,8 mln. manat proqnoza qarşı 135,1 mln. manat vəsait daxil olub və ya proqnoz tapşırığına 118,8% əməl edilib".

 

Baş direktor əlavə edib ki, ərazi vergi orqanlarının əhatə dairəsinə daxil olan butun rayon və şəhərlər üzrə proqnoz tapşırıqları, o cümlədən dövlət büdcəsindən dotasiya tələb etmədən öz gəlirləri hesabına xərclərinin ödənilməsinin təmin edilməsi nəzərdə tutulmuş 33 rayon (şəhər) üzrə proqnoz tapşırıqları tam icra olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR