Bank Of Baku

Baş nazirin müavini: "Bu il Belarusla Azərbaycan arasında ticarət dövriyyəsi 16,4% artıb"

Baş nazirin müavini: "Bu il Belarusla Azərbaycan arasında ticarət dövriyyəsi 16,4% artıb"
# 26 may 2017 15:32 (UTC +04:00)

Belarusun baş nazirinin müavini Vladimir Semaşko Minskdə Azərbaycan Ticarət Evinin açılışını alqışlayır. "APA-Economics"in Minskə ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə V.Semaşko iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı bildirib.


"Son zamanlar siz tez-tez Belarusa səfər edirsiniz və bu səfərlər olduqca məhsuldar keçir. Bu gün Minskdə Azərbaycan Ticarət Evinin açılışı olub. Bunu da növbəti nəticə kimi qiymətləndiririk", - deyə baş nazirin müavini bildirib.


V.Semaşko xatırladıb ki, 2016-cı ildə ölkələr arasında ticarət dövriyyəsi 2015-ci illə müqayisədə azalıb, lakin bu il dövriyyə müsbət dinamika nümayiş etdirir: "Bu ilin 4 ayı ərzində ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,4% artıb. Sükanı belə saxlamalıyıq".


Öz növbəsində Ş.Mustafayev Azərbaycanla Belarus arasında mövcud olan iqtisadi-tcari əlaqələrin inkişaf səviyyəsindən məmnunluğunu ifadə edib. "Bizim nümayəndə heyətimizə 70 sahibkar daxildir. Ümid edirəm ki, biznes dairələrimiz bu fürsətdən istifadə edəcək və iqtisadi-ticari əlaqələrin inkişafına öz töhfəsini verəcək".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR