“APA-Economics”in məlumatına görə, bu barədə fondun saytında yerləşdirilən regional proqnozlarla bağlı hesabatında bildirilir.
Xatırladaq ki, 2014-cü ilin oktyabr ayında BVF 2015-ci ildə Azərbaycanda iqtisadi artımın 4,3% olacağını proqnozlaşdırıb.
Fond 2016-cı ildə ölkədə ÜDM artımını 2,5% səviyyəsində proqnozlaşdırır.
BVF-in hesablamalarına əsasən, 2015 və 2016-cı illərdə Azərbaycanda ÜDM-in nominal həcmi müvafiq olaraq 78,1 mlrd. və 82,6 mlrd. dollar təşkil edəcək.
Proqnozlara görə, 2015-ci ildə Azərbaycanın neft sektorunda ÜDM artımı 4,1%, 2016-cı ildə isə 4% olacaq. Bununla yanaşı, neft sektorunda bu il neft sektorunda 0,9%-lik azalma proqnozlaşdırılır. Fond 2016-cı ildə neft sektorunda artımın olmayacağını gözləyir.
Əgər BVF oktyabrda ölkədə inflyasiyanın 3% olacağını bəyan edirdisə, indi bu göstəricinin 2% olacağını proqnozlaşdırır. BVF-in proqnozlarına görə, gələn il Azərbaycanda inflyasiya 3% səviyyəsində olacaq.
Fondun qiymətləndirmələrinə görə, 2015-ci ildə Azərbaycanın tədiyyə balansı 2,5 mlrd. dollar və ya ÜDM-in 3,2%-i səviyyəsində, 2016-cı ildə isə müvafiq olaraq 2,1 mlrd. dollar və ya ÜDM-in 2,6%-i səviyyəsində olacaq.
Qeyd edək ki, Azərbaycan hökuməti ölkədə ÜDM-in 4,4% artacağını proqnozlaşdırır.
2014-cü ildə Azərbaycanda iqtisadi artım 2,8% təşkil edib.