Bank Of Baku

Beynəlxalq Valyuta Fondu neftin ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirib

Beynəlxalq Valyuta Fondu neftin ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirib
# 23 yanvar 2015 08:03 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Dünya bazarında neftin ucuzlaşması səbəbindən 2015-ci ildə Azərbaycan ÜDM-nin 15%-ə və ixracda 40%-ə qədər itki ilə üzləşə bilər.

 

APA-Economics”in məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) saytında yerləşdirilən regional proqnozlarla bağlı hesabatda bildirilir.

 

Fond mütəxəssislərinin hesablamalarına görə, regionda neft ixrac edən bir çox ölkələr üçün qara qızılın bir barelinin 57 dollar təşkil etməsi bu ölkələrin balanslarını idarə etməsi üçün kifayət edir. Onların fikrincə, Azərbaycan üçün neftin bir barelinin qiymətinin 80 dollar olması məqbul sayıla bilər. Məhz bu səbəbdən BVF ölkənin fiskal balansında kəsirin ÜDM-in 2,3%-dən 14,5%-nə qədər olacağını gözləyir.

 

Eyni zamanda, BVF qeyd edir ki, Azərbaycanın iqtisadi “təhlükəsizlik yastığı” ölkənin xarici borclarına görə öhdəliklərini (təxminən 13,8 mlrd. dollar) 2 dəfədən çox üstələyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR