Bakı. Yeganə Laçınzadə - APA-Economics. Böyük Britaniyanın "Alestra Enterprises Limited" şirkəti Azərbaycanda nümayəndəlik açıb.
"APA-Economics" xəbər verir ki, nümayəndəlik cari ilin avqustun 13-də Vergilər Nazirliyində qeydiyyatdan keçib.
Şirkətin Azərbaycandakı qanuni təmsilçisi Cəfərov Murad Taleh oğludur.
Qeyd edək ki, "Alestra Enterprises Limited" şirkəti 2002-ci ildə yaradılıb. Maliyyə holdinqi kimi fəaliyyət göstərən şirkətin baş ofisi Londonda yerləşir.