Bank Of Baku

Bu gündən "Gəncəbank"ın təminatsız kreditorlarının tələblərinin ödənişinə başlanacaq

Bu gündən "Gəncəbank"ın təminatsız kreditorlarının tələblərinin ödənişinə başlanacaq
# 12 fevral 2018 06:18 (UTC +04:00)

Bu gündən Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Gəncəbank"  ASC-nin növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişinə başlanacaq.

 

Fonddan "APA-Economics"ə verilən məlumata görə, təminatsız kreditorların tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək.

 

"Kreditorlardan xahiş olunur ki, tələblərin ödənişi ilə bağlı ləğv prosesində olan “Gəncəbank” ASC-nin Gəncə şəhəri, Atatürk prospekti 260 ünvanında yerləşən inzibati binasına müvafiq sənədlərlə müraciət etsinlər və bank rekvizitlərini qeyd etsinlər. Əlavə olaraq ləğv prosesində olan “Gəncəbank” ASC-nin kreditorlarının nəzərinə çatdırırıq ki, tələblərin ödənişi ilə bağlı sənədlərin qəbulu Gəncə şəhəri ilə yanaşı, Bakı şəhəri, Babək prospekti, 16 ünvanında həyata keçirilir", - deyə məlumatda vurğulanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR