Bank Of Baku

Bu il 9 bank filialı bağlanıb

Bu il 9 bank filialı bağlanıb
# 02 iyun 2017 08:49 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında banklara məxsus 9 filial bağlanıb.

 

"APA-Economics" Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya istinadən xəbər verir ki, yanvar ayından mayın 1-dək bankların ümumilikdə 9 filialı fəaliyyətini dayandırıb.

 

Belə ki, əgər bu ilin yanvarın 1-nə ölkədə bankların filiallarının sayı 569 olubsa, aprelin sonunda bu göstərici 560-a qədər azalıb.

 

Bundan fərqli olaraq, hesabat dövründə bank şöbələrinin sayında cüzi artım qeydə alınıb. Əgər bu ilin yanvarın 1-dək 131 bank şöbəsi fəaliyyət göstəribsə, apreldə şöbələrin sayı 140-a yüksəlib.

 

Hesabat dövründə bankomatların sayında da artım qeydə alınıb. Belə ki, son dörd ayda ATM-lərin sayı 32 ədəd artaraq 2493-ə yüksəlib.

 

Qeyd edək ki, cari ilin 4 ayında ölkədə 32 bank fəaliyyət göstərib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR