Bank Of Baku

Bu il "Azər-Türk Bank" üzərindən 664 mln. manatlıq pul köçürülüb

Bu il "Azər-Türk Bank" üzərindən 664 mln. manatlıq pul köçürülüb
# 18 may 2017 07:44 (UTC +04:00)

"Azər-Türk Bank" ASC-nin cari ilin yanvar-aprel ayları ərzində pul köçürmələri sistemləri vasitəsilə 73628 əməliyyat yerinə yetirib.

 

Bankın mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, müxtəlif valyutalarda daxil olan və göndərilən bu köçürmələrin məbləği 663,7 mln. manat ekvivalentindədir.

 

Bankın dünyanın aparıcı maliyyə-kredit təşkilatları, o cümlədən "Citibank" (ABŞ), "Raiffeisenbank AG" (Avstriya), "Commerzbank AG" (Almaniya), "T.C.Ziraat Bankası A.Ş." (Türkiyə) kimi iri banklarla müxbir əlaqələri mövcuddur ki, bu da köçürmələrin qısa zaman ərzində və ən başlıcası təhlükəsiz yerinə yetirilməsinə təminatdır.

 

Səhmlərinin əsas hissəsi Azərbaycan və Türkiyə dövlətlərinə aid olan "Azər-Türk Bank"ın risk dərəcəsi üzrə ölçülmüş aktivlərinin səviyyəsi, məcmu kapitalın adekvatlığı, ROA və ROE əmsalına və digər göstəricilərinə görə  ölkə bankları içərisində birinci onluğa daxildir.

 

Hazırda bank qarşıya qoyulmuş strateji vəzifələri yerinə yetirir, biznesin səmərəli idarə olunması sayəsində ölkə maliyyə bazarının əsas seqmentlərində mövqelərini daha da möhkəmləndirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR