Bank Of Baku

Bu il Azərbaycan əhalisinin gəlirləri 7%-dən çox artıb

Bu il Azərbaycan əhalisinin gəlirləri 7%-dən çox artıb
# 16 iyun 2017 15:27 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 7,3% artaraq 18613,9 mln. manata çatıb, onun hər nəfərə düşən həcmi orta hesabla 1917,5 manat təşkil edib.

 

Dövlət Statistik Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu dövr ərzində gəlirlərin 86,7%-i son istehlak xərclərinə, 8,5%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 2,0%-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmiş, 2,8%-i isə yığıma yönəldilib.

 

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 17025,0 mln. manatlıq vəsait qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR