Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. 2015-ci il üçün Azərbaycan Respublikasının dövlət büdcəsindən Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə ayrılan vəsaitin həcmi açıqlanıb.
Bu barədə “APA-Economics” Maliyyə Nazirliyinin hazırladığı “Vətəndaşın büdcə bələdçisi” kitabına istinadən məlumat verib.
Belə ki, 2015-ci il dövlət büdcəsində yanacaq və enerji xərcləri üçün 7,6 mln. manat vəsait ayrılıb.
Azərbaycan alternativ və bərpa olunan enerji mənbələrinin müəyyən olunması, istismara cəlb etməklə ölkənin enerji resurslarından istifadənin səmərəliliyinin yüksəldilməsi, bərpa olunan enerji resurslarının mənbələrinin və bu sahənin inkişafı üçün Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə müvafiq məbləğdə vəsait nəzərdə tutulub.