Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın İcbari Sığorta Bürosu (İSB) «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası», «Daşınmaz əmlakın icbari sığortası», «Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası», «Sərnişinlərin icbari fərdi qəza sığortası» üzrə 2012-2013-cü illəri əhatə edən dövr üçün statistik məlumatları təqdim edir. «APA-Economics»in xəbər verdiyi kimi, Büronun buna həsr olunan rəsmi açıqlamasında məlumatlar bu növlər üzrə qruplaşdırılıb.
Belə ki, İSB-nin üzvü olan sığorta şirkətləri tərəfindən «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» üzrə 2012-ci ildə 916 744 sığorta müqaviləsi bağlanıb. Bunlardan 692 217-ni bir il müddətinə bağlanılan sığorta müqavilələri, 224 527-ni isə xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri ilə bağlı olan və 1 ay müddətinə bağlanan icbari sığorta müqavilələri təşkil edib. Bu isə 2012-ci ildə Azərbaycanda qeydiyyata alınmış avtonəqliyyat vasitələrinin 66,7%-nin icbari sığortaya cəlb olunması deməkdir.
İcbari sığortaya cəlb olunan avtonəqliyyat vasitələrindən 11 213-ü avtobus, mikroavtobus və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri, 59 326-i yük avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri, 445-i motosikletlər və motorollerlər, 611 485 minik avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri, 5 185-i traktorlar, yol-tikinti işlərində, meşə və kənd təsərrüfatında istifadə olunan avtonəqliyyat vasitələri, 4 563-ü isə qoşqular olub.
Ötən il «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» üzrə ümumilikdə 72 024 711 manat sığorta haqqı toplanıb. Bunun 13 151 880 manatı hüquqi şəxslərə, 58 872 831 manatı fiziki şəxslərə məxsus avtonəqliyyat vasitələrinin sığortalanmasından əldə olunub.
Ötən il göstərilən icbari sığorta növü üzrə baş vermiş sığorta hadisələri üzrə sığorta şirkətləri tərəfindən 68 23 630,61 manat məbləğində sığorta ödənişi verilib. Bundan 6 664 630,61 manatı əmlaka (97,7%), 39 000 manatı (0,57%) sağlamlığa dəyən zərərin əvəzinin ödənilməsi, 120 000 manatı (1,76%) isə şəxsin ölümü ilə bağlı olaraq ödənilib.
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta yığımları 2012-ci ildə qeyd olunan 4 icbari sığorta növü üzrə yığımların 85,9%-ni təşkil edib.
Eyni zamanda, 2013-cü ilin ilk 5 ayı ərzində isə bu icbari sığorta növü üzrə cəmi 370 718 sığorta müqaviləsi bağlanıb və 27 170 819 manat məbləğində sığorta haqqı toplanıb. İcbari qaydada sığortalanmış avtonəqliyyat vasitələrinin 274 125-i 1 il müddətinə, 96 593-ü isə ölkə ərazisinə tranzit məqsədilə daxil olduğundan 1 ay müddətinə sığortalanıb. Toplanılan sığorta haqlarının 5 477 597 manatı hüquqi şəxslərə, 21 693 223 manatı fiziki şəxslərə məxsus avtonəqliyyat vasitələrinin sığortalanmasından əldə olunub.
Bu ilin yanvar-may ayları ərzində Büronun iştirakçıları olan sığorta şirkətlərinə qarşı irəli sürülən sığorta tələblərindən 6 458-i üzrə 8 992 302 manat məbləğində sığorta ödənişi həyata keçirilib ki, bu da 2012-ci il ərzində həyata keçirilmiş ödənişlərin məbləğindən 31% çoxdur. Bu il aparılan sığorta ödənişlərinin 90%-i 2012-ci ildə bağlanmış sığorta müqavilələri, 10%-i isə 2013-cü ildə bağlanmış sığorta müqavilələrinə görə həyata keçirilib. Eyni zamanda 230 sığorta tələbi hazırda baxılma mərhələsindədir. Sığorta ödənişlərinin verilməsi bu qaydada davam edərsə, 2013-cü ilin sonuna ödənişlərin məbləğinin 2012-ci illə müqayisədə təxminən 3 dəfə artaraq 20 mln. manatdan çox olacağı gözlənilir.
Büronun məlumatına görə, 2012-ci ildə bağlanılan 1 illik sığorta müqavilələrinin avtonəqliyyat vasitələrinin markaları üzrə bölgüsü:
|
|
Avtonəqliyyat vasitəsinin markası |
Bağlanılmış sığorta müqavilələrinin sayı |
|
1 |
VAZ |
267 571 |
|
2 |
Mercedes Bens |
112 765 |
|
3 |
Hyundai |
36 601 |
|
4 |
Qaz |
30 379 |
|
5 |
Opel |
24 505 |
|
6 |
Toyota |
25 007 |
|
7 |
Ford |
15 462 |
|
8 |
Mitsubishi |
17 249 |
|
9 |
Nissan |
17 712 |
|
10 |
Volkswagen |
11 913 |
|
11 |
Kia |
15 401 |
|
12 |
BMW |
12 280 |
|
13 |
Chevrolet |
8 503 |
|
14 |
KamAZ |
7 520 |
|
15 |
Daewoo |
7 297 |
|
16 |
Digərləri |
82 052 |
|
|
Cəmi |
692 217 |
Bundan başqa, «Daşınmaz əmlakın icbari sığortası» üzrə 2012-ci ildə 125 195 sığorta predmeti sığortalanıb. Bu sığorta növü üzrə ümumilikdə 11 392 973 manat məbləğində sığorta haqqı toplanıb. Bu ilin ilk 5 ayı ərzində bağlanmış 45 519 müqavilə üzrə isə 5 012 476 məbləğində sığorta haqqı toplanılıb.
Həmçinin, «Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası» üzrə 2012-ci ildə 4 854 sığorta müqaviləsi bağlanılıb, 334 297 manat məbləğində sığorta haqqı toplanıb. Bu ilin ilk 5 ayı ərzində bağlanmış 1 919 müqavilə üzrə isə 151 913 məbləğində sığorta haqqı toplanılıb.
Eyni zamanda, «Sərnişinlərin icbari fərdi qəza sığortası» üzrə 2012-ci ildə 363 sığorta müqaviləsi bağlanılıb, 93 427 manat, 2013-cü ilin ilk 5 ayı ərzində bağlanmış 57 müqavilə üzrə isə 42 280 məbləğində sığorta haqqı toplanılıb.