Bank Of Baku

Bu il Azərbaycanda əhalinin gəlirləri 6%-ə yaxın artıb

Bu il Azərbaycanda əhalinin gəlirləri 6%-ə yaxın artıb
# 11 iyun 2015 12:50 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-may aylarında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 5,8% artaraq 16,2 mlrd. manata çatıb.

 

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, onun hər nəfərə düşən həcmi orta hesabla 1702,4 manat təşkil edərək 4,5% artıb.

 

Bu dövr ərzində gəlirlərin 73,9%-i son istehlak xərclərinə, 9,6%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 2,5%-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 14,0%-i isə yığıma yönəldilib.

 

Əhalinin sərəncamda qalan gəlirləri 14,6 mlrd. manat təşkil edib və əvvəlki ilin eyni dövründəkindən 5,7% çox olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR