Bank Of Baku

Bu il Azərbaycanda vergi daxilolmalarının 52%-i qeyri-neft sektorunun payına düşüb

Bu il Azərbaycanda vergi daxilolmalarının 52%-i qeyri-neft sektorunun payına düşüb
# 14 noyabr 2012 07:55 (UTC +04:00)

 

Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 5 259,784 mln. manat təşkil edib. Vergilər Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, bu məbləğin 39,3%-i mənfəət vergisi, 23,1%-i əlavə dəyər vergisi, 12,6%-i fiziki şəxslərin gəlir vergisi, 7,7%-i aksizlərin, 17,3%-i isə digər vergilərin payına düşüb.

 

İlk 10 ayda toplanan vəsaitin 2 768,9 mln. manatı və ya 52%-i qeyri-neft sektoru üzrə daxil olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 13,9% çoxdur.

 

Yanvar-oktyabr aylarında respublika üzrə 60 668 vergi ödəyicisi qeydiyyata alınıb. Ötən ilin iyulun 1-dən cari ilin noyabrın 1-dək 47 485 fiziki şəxs elektron qaydada qeydiyyatdan keçib. Hazırda, noyabrın 1-i vəziyyətinə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 472 126-dır. Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 90% təşkil edib.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR