Bakı. Yeganə Laçınzadə - APA-Economics. Naxçıvan Muxtar Respublikasının 2015-ci il dövlət büdcəsi proqnozunda xərclər 366 mln. 700 min manat müəyyənləşdirilib.
“APA-Economics”in verdiyi xəbərə görə, bu barədə Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri Xalid İsgəndərov kollegiya iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu rəqəm 2014-cü ilin proqnozuna nisbətən 16 mln. 200 min manat və ya 4,6% çoxdur. 2015-ci il dövlət büdcəsinin xərclərinin 81,9% və ya 300 mln.181 min 803 manatının cari xərclərə, 18,1% və ya 66 mln. 518 min 197 manatının əsaslı xərclərə yönəldilməsi müəyyənləşdirilib.
2014-cü il proqnozu ilə müqayisədə cari xərclərə 12 mln. 469 min 542 manat və ya 4,3%, əsaslı xərclərə isə 3 mln. 730 min 458 manat və ya 5,9% artıq
vəsait proqnozlaşdırılıb.