Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən 2017-ci ilin yanvar-may aylarında dövlət büdcəsinə 6335,7 mln. manat vəsait daxil olub.
“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin 5 ayında büdcədən 6724,1 mln. manat vəsait xərclənib.
Büdcənin icrasında yaranmış 388,4 mln. manatlıq kəsr ümumi daxili məhsulun 1,5%-i səviyyəsində olub.