Bank Of Baku

Bu ilin 6 ayında SKMF xətti ilə maliyyələşdirilən layihələr hesabına 7 minə yaxın yeni iş yeri yaradılacaq

Bu ilin 6 ayında SKMF xətti ilə maliyyələşdirilən layihələr hesabına 7 minə yaxın yeni iş yeri yaradılacaq
# 30 iyul 2015 07:25 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2015-ci ilin I yarımili ərzində vəsaitlərinin istifadəsi haqqında məlumatı açıqlayıb.

 

 

Fonddan “APA-Economics”ə verilən məlumata görə, bu ilin 6 ayı ərzində kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı 2908 layihə, müxtəlif sənaye məhsullarının istehsalı və emalı ilə bağlı 57 layihə, kənd təsərrüfatı məhsullarının emalı ilə bağlı 2 layihə və xidmət (infrastruktur) sahələrinin inkişafı ilə bağlı 5 layihə olmaqla ümumilikdə 2972 layihə maliyyələşdirilib.

 

 

SKMF xətti ilə bu layihələrin maliyyələşdirilməsinə 97 mln. 016,4 min manat vəsait yönəldilib. Bu vəsaitin 65,6%-i və ya 63 mln. 670,4 min manatı kənd təsərrüfatı məhsullarının istehsalına, 20,61%-i və ya 19 mln. 992 min manatı xidmət (infrastruktur) sahələrinin inkişafına, 13,7%-i və ya 13 mln. 298 min manatı müxtəlif sənaye məhsullarının istehsalı və emalına, 0,06%-i və ya 56 min manatı kənd təsərrüfatı məhsullarının emalına ayrılıb.

 

 

Fondun məlumatlarını təhlil edəndə aydın olur ki, 2941 layihəyə kiçik həcmli kredit, 21 layihəyə böyük həcmli kredit, 10 layihəyə isə orta həcmli kredit verilib.

 

 

Qeyd edək ki, maliyyələşdirilən layihələr hesabına kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində 5611, müxtəlif sənaye məhsullarının istehsalı və emalı sahəsində 716, xidmətin (infrastruktur) inkişafı sahəsində 232 və kənd təsərrüfatı məhsullarının emalı sahəsində 7 yeni iş yeri olmaqla ümumilikdə 6566 yeni iş yeri yaradılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR