Bank Of Baku

Bu ilin dövlət büdcəsindən “Azərsu”ya 10 mln. manat ayrılacaq

Bu ilin dövlət büdcəsindən “Azərsu”ya 10 mln. manat ayrılacaq
# 08 yanvar 2015 11:17 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci il üçün Azərbaycan Respublikasının dövlət büdcəsindən “Azərsu” ASC-yə ayrılan vəsaitin həcmi açıqlanıb.

 

APA-Economics”in məlumatına görə, 2015-ci ildə kənd əhalisinin içməli suya olan tələbatının təmin edilməsi və su və kanalizasiya xətlərinin saz vəziyyətdə saxlanılması işlərinin maliyyələşdirilməsi məqsədi ilə su operatoruna 10 mln. manat vəsait ayrılması nəzərdə tutulub.

 

Bundan başqa, respublikanın bir sıra yaşayış məntəqələrində quraşdırılmış su təchizatı qurğularının (modul tipli) istismarı və xidməti üzrə müvafiq bələdiyyələrə göstəriləcək maliyyə yardımı üçün 1,1 mln. manat vəsait ayrılması nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR