Bank Of Baku

Bu ilin ilk rübündə Azərbaycanın xarici ticarətindən 6,3 mlrd. dollarlıq müsbət saldo yaranıb

Bu ilin ilk rübündə Azərbaycanın xarici ticarətindən 6,3 mlrd. dollarlıq müsbət saldo yaranıb
# 06 may 2014 10:25 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin birinci rübündə Azərbaycanın rezidentləri dünyanın 116 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib, 69 ölkəyə əmtəə ixrac olunub, 112 ölkədən idxal olunub.

 

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, xarici ticarət dövriyyəsi iştirakçılarının 40-ı Avropa, 23-ü Amerika, 37-i Asiya ölkələri və digərləridir.

 

Dövr ərzində xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən 9,7 mlrd. ABŞ dolları, o cümlədən ixracın həcmi 8,0 mlrd. dollar, idxalın həcmi 1,7 mlrd. dollar təşkil edib, nəticədə 6,3 mlrd. dollarlıq müsbət saldo yaranıb.

 

İxrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, kimya sənayesi məhsullarının, idxal olunmuş məhsulların həcmində isə qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil edib.

 

Qeyri-neft məhsullarının ixracı 380,3 mln. dollar təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR