Bank Of Baku

Bu ilin sonuna Azərbaycanda iqtisadi artım 3,3% təşkil edəcək

Bu ilin sonuna Azərbaycanda iqtisadi artım 3,3% təşkil edəcək
# 15 sentyabr 2015 08:33 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinin hazırladığı makroiqtisadi proqnozlara əsasən, 2015-ci ilin sonuna ölkə üzrə ÜDM istehsalının 57,2 mlrd. manat təşkil edəcəyi gözlənilir ki, bu da 3,3% real artım deməkdir.

 

Maliyyə Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu barədə Azərbaycanın 2016-cı ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında bildirilib.

 

Sənəddə qeyd olunub ki, bu göstəricilər ilkin müəyyən edilmiş proqnozlardan 3,9 mlrd. manat və 1,1 faiz-bənd aşağıdır.

 

Neft sektoru üzrə ÜDM-in həcminin 0,6% (ilkin proqnoz 1,6%-dir) az olacağına baxmayaraq, qeyri-neft sektorunda 5,9% (ilkin proqnoz 8,5%-dir) həddində artım gözlənilir. Bu göstəricilər ilkin müəyyən edilmiş proqnozlardan müvafiq olaraq 1,0 və 3,5 faiz-bənd azdır.

 

2015-ci ilin sonuna əsas kapitala yönəldilən ümumi investisiyaların həcminin 19,7 mlrd. manat olacağı (ötən illə müqayisədə daxili investisiyalar üzrə 6,2% azalma, xarici investisiyalar üzrə isə 49% artım) gözlənilir. Əsas kapitala yönəldilən ümumi investisiyaların 7,8 mlrd. manatının neft sektoruna, 11,9 mlrd. manatının isə qeyri-neft sektoruna yönəldiləcəyi nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR