Bank Of Baku

BVF-nin regional idarəsinin başçısı Azərbaycana gələcək

BVF-nin regional idarəsinin başçısı Azərbaycana gələcək
# 13 noyabr 2012 12:32 (UTC +04:00)

 

 

Bakı. Nicat Mustafayev – APA-Economics. Noyabrın 15-də Beynəlxalq Valyuta Fondu (BVF) Yaxın Şərq və Orta Asiya İdarəsinin müdiri Məsud Əhməd Azərbaycana səfər edəcək.

 

BVF-nin Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, səfərin məqsədi hökumət başçıları ilə görüşməkdən və Azərbaycan iqtisadiyyatının perspektivləri, ölkənin iqtisadi siyasətindəki prioritetləri, həmçinin hökumətə BVF yardımının göstərilməsinə dair ən münasib yolları müzakirə etməkdən ibarətdir.

 

Qeyd edək ki, Azərbaycan üzrə missiyanın yeni təyin edilmiş rəhbəri Raca Almarzoqinin başçılıq etdiyi BVF missiyası IV maddə üzrə ilkin olaraq 2013-cü ilin əvvəlinə planlaşdırılmış növbəti məsləhətləşmələrə hazırlıq çərçivəsində makroiqtisadi perspektivləri yeniləmək və iqtisadi siyasət üzrə fəaliyyət planına dair məlumat əldə etmək məqsədilə hazırda Bakıdadır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR