Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda dövlət xərcləri və kreditləşmənin artımının son dövrdə sürətlənməsi nəticəsində tələblə bağlı təzyiqlər yaranarsa, Azərbaycan Mərkəzi Bankı pul siyasətini sərtləşdirməli olacaq. «APA-Economics»in məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Raca Almarzoqi bildirib.
Onun sözlərinə görə, hazırda ölkədə iqtisadi siyasət alətləri məhduddur, buna görə də məzənnənin siyasətinin daha çevik olması üçün şərait yaratmaqla faiz dərəcəsinin təsirinin ötürülməsi üçün mexanizmin gücləndirilməsi inflyasiya dəyişikliklərinə uzun müddət ərzində daha yaxşı nəzarət etməyə kömək edəcək.