Bank Of Baku

BVF: Azərbaycanın maliyyə sektorunun qiymətləndirilməsinin aparılması üçün əlavə vaxt tələb olunacaq

BVF: Azərbaycanın maliyyə sektorunun qiymətləndirilməsinin aparılması üçün əlavə vaxt tələb olunacaq
# 15 noyabr 2012 15:36 (UTC +04:00)

 

Bakı. Nicat Mustafayev - APA-Economics. Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən aparılacaq Azərbaycanın maliyyə sektorunun qiymətləndirilməsi bir qədər ləngiyəcək.

 

«APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycanda səfərdə BVF-nin Yaxın Şərq və Orta Asiya İdarəsinin müdiri Məsud Əhməd bildirib.


Onun sözlərinə görə, Azərbaycanın maliyyə sektorunun qiymətləndirilməsinin aparılmasının vaxtı bir qədər də uzadılıb. Belə ki, qiymətləndirməni aparmaq üçün əlavə vaxt tələb olunub: «Əlavə vaxt BVF-yə Azərbaycanın maliyyə sahəsi üzrə bəzi məlumatların lazım olması ilə əlaqədardır. Gələn ilin ortalarında biz konkret biləcəyik ki, maliyyə sektorunun qiymətləndirilməsi konkret hansı sahələri əhatə edəcək. İstisna olunmur ki, bura sığorta sahəsi də əlavə olunacaq».

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR