«APA-Economics»in məlumatına görə, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının yeni rəhbəri Raca Almarzoqi bildirib.
Onun fikrincə, hazırda bu istiqamətdə araşdırmalar aparılır: «Hazırda BVF ilə Azərbaycan hökuməti rasında Beynəlxalq Bankın özəlləşdirilməsi ilə bağlı danışıqlar aparılır. Araşdırmalardan sonra Fondun bununla bağlı tövsiyələri olacaq. İlk növbədə ABB-nin təsisçisi olduğu sığorta və lizinq şirkətləri, həmçinin prosessinq mərkəzinin Bankdan ayrılması tövsiyə olunur».
Xatırladaq ki, Azərbaycan və regionun ən iri bank təşkilatı olan ABB-nin nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir.