Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın sürətlə inkişaf etməsi fonunda ölkənin regiondakı rolunun genişləndirilməsi üçün bütün imkanları mövcuddur. «APA-Economics»in məlumatına görə, bunu Bakıda səfərdə olan Londondakı Strateji Araşdırmalar Beynəlxalq İnstitutunun baş direktoru (International Institute for Strategic Studies (IISS) in London) Con Çipman (John Chipman) bildirib.
Onun sözlərinə görə, Azərbaycan hazırda böyük strateji ehtiyatlara malikdir və mövcud sabitliyin davam etməsi ölkəyə həm Qərbdən, həm də Asiya dövlətlərindən əlavə sərmayələrin cəlb edilməsinə səbəb ola bilər.
«Azərbaycan regionda kommersiya avanqardı rolu oynaya bilər», - deyə C.Çipman bildirib.