Bakı. Musa Əhmədov - APA-Economics. “Muganbank” ASC və “Komtec LTD” MMC əməkdaşlıq müqaviləsi imzalayıb.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, bununla da “Muganbank” müştərilərinə kreditlərini “MilliÖN” terminallarından ödəməyə imkan yaradıb.
Hal-hazırda “MilliÖN” şəbəkəsi 3000-dən artıq terminala malikdir və Azərbaycan ərazisində gündən-günə genişlənir. “MilliÖN” sistemi vasitəsilə kreditlər üzrə ödənişlər dərhal həyata keçirilir və sistemdən istifadə qaydaları çox sadədir.