Bank Of Baku

Deputatlar siyasi partiyalar üçün maliyyə vəsaitinin artırılmasını təklif ediblər

Deputatlar siyasi partiyalar üçün maliyyə vəsaitinin artırılmasını təklif ediblər
# 13 noyabr 2012 14:58 (UTC +04:00)

 

 

Bakı. Pərvin Abbasov – APA. Milli Məclisin (MM) plenar iclasında deputatlar dövlət büdcəsində siyasi partiyalar üçün nəzərdə tutulmuş maliyyə vəsaitinin artırılmasını təklif ediblər.

 

APA-nın məlumatına görə, BQP başqanı Fazil Mustafa bildirib ki, müvafiq vəsait artırılmalıdır: «Siyavuş Novruzov deyir ki, Yeni Azərbaycan Partiyasını xalq dəstəkləyir, dəstəyə ehtiyacı yoxdur. Digər partiyaların isə dövlət dəstəyinə, vəsaitinə ehtiyacı var. O halda bu vəsait Yeni Azərbaycan Partiyasına yox, digər partiyalara verilsin”.

 

MM sədri Oqtay Əsədov isə xatırladıb ki, partiyalara ilk dəfədir vəsait ayrılacaq: “Siz pulun artırılmasını istəyirsiniz. Digər tərəfdən, Siyavuş Novruzovun sözlərini təkrarladınız və Yeni Azərbaycan Partiyasına pul verilməməsini istədiniz. Xalq dəstəkləməyən partiyanı dövlət niyə dəstəkləməlidir?”

 

YAP-ın icra katibi, sədr müavini Əli Əhmədov və onun müavini Siyavuş Novruzov da partiyalar üçün ayrılmış maliyyə vəsaitinin artırılmasını təklif ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR