Bank Of Baku

DGK-nin Kinoloji Mərkəzində keçirilən yarışın qalibləri mükafatlandırılıb

DGK-nin Kinoloji Mərkəzində keçirilən yarışın qalibləri mükafatlandırılıb
# 31 may 2017 15:49 (UTC +04:00)

Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) Kinoloji Mərkəzində xidməti axtarış itlərinin çoxnövçülükdə birincilik üzrə yarışının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

 

DGK-nın Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, DGK-nın təlimçi-kinoloqlarının iştirak etdiyi yarış mayın 29-30-da Kinoloji Mərkəzdə baş tutub. Yarış narkotik vasitələrin otaq şəraitində, əl yüklərində, minik və yük avtonəqliyyat vasitələrində axtarışından ibarət olub.

 

Mükafatlandırılma mərasimində çıxış edən DGK sədrinin müavini Şahin Bağırov bu qəbildən olan yarışların gömrük işinin keyfiyyətinin artırılması, sərhədlərimizin etibarlılığının gücləndirilməsinə mühüm dəstək olduğunu bildirib. Ş. Bağırov təlimçi-kinoloqlar arasında bilik və təcrübə mübadiləsi, işbirliyinin gücləndirilməsi baxımından da bu yarışların önəmini vurğulayıb.

 

Yarışda əsasən sərhəd-gömrük keçid məntəqələrində xidmət edən 13 təlimçi-kinoloq iştirak edib. Birinci yerə Polad Mahmudov, ikinci yerə Simran Nəhmətov, üçüncü yerə Rüfət Dadaşov layiq görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR