Bank Of Baku

DGK sədri: "Sınıq Körpü" gömrük-keçid məntəqəsində logistika mərkəzi tikiləcək”

DGK sədri: "Sınıq Körpü" gömrük-keçid məntəqəsində logistika mərkəzi tikiləcək”
# 14 iyun 2017 09:04 (UTC +04:00)

Dövlət Gömrük Komitəsi Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə Gürcüstanla sərhəddə "Sınıq Körpü" gömrük-keçid məntəqəsində logistika mərkəzi tikəcək.

 

APA-Economics”in məlumatına görə, bunu bu gün Bakıda keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasında jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.

 

Onun sözlərinə görə, Aİ-nın dəstəyi ilə "Sınıq Körpü" gömrük-keçid məntəqəsində müəyyən dəyişikliklər olacaq: “Gürcüstan tərəfdə sırf Aİ-nin dəstəyi ilə müxtəlif laboratoriyalar tikilərək fəaliyyət göstərəcək”.

 

O  qeyd edib ki, Azərbaycan tərəfdə görüləcək işlər böyük olduğu üçün kifayət qədər vəsait tələb olunur: “Bunun üçün Azərbaycan və Aİ-nin maliyyə yardımı ilə birlikdə "Sınıq Körpü" gömrük-keçid məntəqəsində logistika mərkəzi tikiləcək. Artıb bununla bağlı müəyyən işlərin görülməsinə başlanılıb”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR