Bank Of Baku

Dövlət büdcəsinə gömrük daxilolmaları il ərzində 47% artıb

Dövlət büdcəsinə gömrük daxilolmaları il ərzində 47% artıb
# 17 oktyabr 2016 14:23 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 1 mlrd. 653 mln. 909,41 min manat daxil olub.

 

"APA-Economics" komitənin açıqladığı statistikaya istinadən xəbər verir ki, gömrük daxilolmaları ötən ilin analoji dövrü ilə müqayisədə 529 mln. 674,26 min manat və ya 47,11% artıb.

 

Yanvar-sentyabr ayları ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar  436 mln. 198,07 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 1 mlrd. 90 mln. 702,92 min manat, aksizlər üzrə 75 mln. 636,46 min manat, yol vergisi üzrə isə 51 mln. 371,96 manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR