Bank Of Baku

Dövlət Gömrük Komitəsinin sədri İsmayıllıda vətəndaşları qəbul edəcək

Dövlət Gömrük Komitəsinin sədri İsmayıllıda vətəndaşları qəbul edəcək
# 11 iyul 2015 09:47 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev iyulun 16-da  saat 14:00-da İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev pr. 59) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

 

Komitənin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən rayonların - İsmayıllı, Qəbələ, Şamaxı rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

 

Qəbulda iştirak etmək istəyən vətəndaşlar iyulun 15-i saat 10:00-dək “192” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Yevlax Gömrük İdarəsi (əlaqə telefonu: (022) 336-44-27) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR