Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin may ayında Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcəyə 141 mln. 822,43 min manat həcmində vergi daxil olub.
“APA-Economics”in DGK-ya istinadən verdiyi məlumata görə, bu, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,17% çoxdur. Ötən ayla müqayisədə isə bu rəqəm 0,36% çoxdur.
Hesabat ayında gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 39 mln. 689,03 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 92 mln. 326,28 min manat, aksizlər üzrə 8 mln. 6,95 min manat, yol vergisi üzrə isə 1 mln. 801,07 min manat təşkil edib.