Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin 2016-2017‑ci illər üzrə maliyyə hesabatlarının Beynəlxalq Audit Standartlarına uyğun auditinin həyata keçirilməsi xidmətinin satınalınması ilə bağlı elan etdiyi tender prosesi yekunlaşıb.
"APA-Economics"in məlumatına görə, bununla bağlı tenderin qalibi "Baker Tilly Audit Azerbaijan" MMC olub.
Dövlət İmtahan Mərkəzi sözügedən şirkətlə fevralın 15-də dəyəri 13 570 manat olan satınalma müqaviləsi imzalayıb.