Bakı. Musa Əhmədov - APA-Economics. Maliyyə nazirliyi 6 sığorta agentinin fəaliyyətinə verilmiş müddətsiz lisenziyaları ləğv edib.
Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Firdovsi Xəlilov, Şahin İbrahimov, Etibar Muradov, Faiq Rüstəmov, Elvira Rüstəmova, Ramiz Sərdarova sığorta agenti fəaliyyətinə verilmiş müddətsiz lisenziyalar Maliyyə Nazirliyinin müvafiq əmri ilə ləğv edilib.