Bank Of Baku

DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 3,6% artıb

DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 3,6% artıb
# 04 iyun 2015 08:46 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu ilin iyun ayının 1-nə olan statistikaya əsasən, Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən may ayında əlavə olaraq 20 238 sığortaolunana fərdi şəxsi hesab açılıb.

 

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, bu ilin əvvəli ilə müqayisədə fondun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 3,59% artıb. Beləliklə də Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 083 405 nəfərə yüksəlib. Fondun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,1%-i (1 822 524 nəfər) kişi, 40,9%-i (1 260 881 nəfər) isə qadındır.

 

Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında olan sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan şəxslər ümumi sığortaolunanların 24,78%-ni (764 090 nəfər) əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 21,70%-ni (668 994 nəfər) 30 yaşa kimi olan şəxslər, 20,72%-ni (638 818 nəfər) 40-50 yaş aralığında olan şəxslər, 21,14%-ni (652 017 nəfər) 50-60 yaş aralığında olan şəxslər, 11,66%-ni (359 486 nəfər) 60 yaşdan yuxarı olan şəxslər təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR