Bank Of Baku

Dünya Bankı Azərbaycan üzrə proqnozlarını yeniləyib

Dünya Bankı Azərbaycan üzrə proqnozlarını yeniləyib
# 11 iyun 2015 07:27 (UTC +04:00)

Bakı - APA-Economics. Dünya Bankı (DB) 2015-ci il üçün Qlobal iqtisadi proqnozlarını açıqlayıb.

 

"APA-Economics" GEP-ə istinadən xəbər verir ki, Azərbaycan manatının 34%-lik devalvasiyasına baxmayaraq, ölkənin ödəmə balansında cari əməliyyat hesablarında müsbət saldo ÜDM-in 3,9%-ə enəcək. Bununla yanaşı, 2015-ci ildə ÜDM-in real artımı 1,5%-i üstələməyəcək. Lakin 2016-cı ildə bu göstərici 2,6%, 2017-ci ildə isə 2,7% olacaq.

 

2014-cü ildə Azərbaycanda ÜDM artımının 2,8% təşkil etməsinin DB neftin ucuzlaşması və qeyri-neft sektorunun inkişaf tempinin zəifləməsi ilə əlaqələndirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR