Avropa Yenidənqurma və İnkişaf Bankı (European Bank for Reconstruction and Development, EBRD) "Dəmirbank" ASC-yə 41 mln. dollar məbləğində dəstək vermək niyyətindədir. "APA-Economics" xəbər verir ki, bu barədə "BNE IntelliNews" yerli bank mənbələrinə istinadən yazır.
Hazırda EBRD "Dəmirbank"ın səhmlərinin 25%-nə sahibdir.
"Dəmirbank"a dəstək verərək EBRD bu banka öz inamını ifadə etmək niyyətindədir. Maraqlıdır ki, bu proses Azərbaycan Beynəlxalq Bankının defoltu və 11 bankın lisenziyasının ləğv olunması fonunda baş verir. Bu isə olduqca önəmlidir", - deyə agentlik yazır.
Hazırda "Dəmirbank"ın ani likvidlik əmsalı Maliyyə Bazarlarına Nəzarət Palatasının normativ tələblərini dəfələrlə üstələyir. Bankın mövcud likvidliyi depozit tələblərini tam vaxtında qarşılamaq iqtidarındadır. Yüksək likvidlik aktivlərinin hazırkı səviyyəsi banka imkan verir ki, Mərkəzi Bankın təşkil etdiyi depozit hərraclarında aktiv iştirak etsin və bu vəsaitləri dəyərləndirsin.