Bank Of Baku

EBRD daha bir Azərbaycan bankına iri kredit ayırıb

EBRD daha bir Azərbaycan bankına iri kredit ayırıb
# 17 dekabr 2013 13:50 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanın «Bank Respublika» ASC-yə 9,4 mln. ABŞ dolları həcmində kredit xətti açıb.

 

EBRD-dən «APA-Economics»ə verilən məlumata görə, bunun 5,4 mln. dolları yerli şirkətlərin investisiya və dövriyyə kapitalını maliyyələşdirmək üçün mikro, kiçik və orta sahibkarlara (MKOS) orta və uzunmüddətli kreditlər vasitəsilə ayrılacaq.

 

Bu, EBRD-nin Azərbaycandakı strateji prioritet hesab etdiyi ölkənin real iqtisadiyyatında kredit çatışmazlığı probleminin həllinə töhfə verəcək. Kredit xəttinin 1 mln. dolları BP şirkəti və onun ölkədəki tərəfdaşları tərəfindən, BTC və BTƏ boru kəmərləri boyunca MKOS-ların dəstəklənməsinə yönəlmiş, Azərbaycanda Davamlı İnkişaf Təşəbbüsü Proqramının bir hissəsi kimi təmin ediləcək.

 

Bundan başqa, 4 mln. dollarlıq kredit xətti ipoteka kreditləri vasitəsilə mənzillərin alınması, təmiri və ya tikintisini maliyyələşdirmək üçün fərdi müştərilərə veriləcək.

 

Qeyd edək ki, «Bank Respublika» ASC 2004-cü ildən etibarən EBRD-nin tərəfdaşlarından biridir və 2008-ci ildə ipoteka inkişafının maliyyələşdirilməsi üçün EBRD-dən kredit alan ilk Azərbaycan bankı olub.

 

EBRD Azərbaycanda davamlı inkişafı təşviq etmək naminə müəssisələrə, maliyyə və infrastruktur sahələrinə investisiya yatırır. Ölkədə fəaliyyətə başladığı dövrdən etibarən, EBRD təxminən 137 layihəyə 2 mlrd. dollara yaxın sərmayə yatırıb ki, bu layihələrin də 90%-dən çoxu özəl sektorun inkişafına yönələn investisiyalardır. Ölkənin müxtəlif maliyyə institutları ilə ümumi dəyəri 540 mln. dollara yaxın təxminən 73 saziş imzalanıb. Bu il hamısı özəl sektorda olmaqla, EBRD 12 digər layihə də imzalayıb ki, bunların da ümumi dəyəri 90,1 mln. dollara bərabərdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR