Bank Of Baku

Elektron arayış əsasında kredit verən maliyyə təşkilatlarının sırasına BOKT-lar da qoşulur

Elektron arayış əsasında kredit verən maliyyə təşkilatlarının sırasına BOKT-lar da qoşulur
# 29 dekabr 2014 08:12 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Elektron arayış əsasında kredit verən bankların sayı gələcəkdə daha da artacaq.

 

APA-Economics”in məlumatına görə, “Elektron hökumət” portalının təqdim etdiyi “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” xidmətinə artıq bir neçə bank qoşulub.

 

Hazırda bu xidmətdən “Unibank”, “Accessbank”, “Bank of Baku”, “Bank BTB”, “Muğanbank” və “Bank Respublika” faydalanmaqdadır. Yaxın zamanda isə “İnkişaf üçün maliyyə” bank olmayan kredit təşkilatı, “Rabitəbank”, “Azərbaycan Beynəlxalq Bankı”, “AGBank” və bir sıra digər banklar bu e-xidmət vasitəsilə kredit vermə prosesini sadələşdirəcəklər.

 

Qeyd edək ki, vətəndaş bu xidmətdən istifadə edərək banka getmədən onlayn rejimdə portala daxil olub, kredit almaq və digər məsələlər üçün öz elektron arayışını banka təqdim etmək imkanını əldə edir. Xidmətdən istifadə etmək üçün vətəndaş “Elektron hökumət” portalında audentifikasiyadan keçməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR