Bank Of Baku

Əlliyədək sığorta agentinin lisenziyası dayandırılıb

Əlliyədək sığorta agentinin lisenziyası dayandırılıb
# 13 iyun 2017 13:11 (UTC +04:00)

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP)  Direktorlar Şurasının 9 iyun 2017-ci il tarixli qərarına əsasən bəzi sığorta agentlərinin fəaliyyətinə verilmiş lisenziyalarının qüvvəsi 3 ay müddətinə dayandırılıb və üç fiziki şəxsə verilmiş lisenziyaları ləğv edilib.

 

Palatadan “APA-Economics” ə verilən xəbərə görə, Direktorlar Şurasının iclasında Sığorta Bazarına Nəzarət Departamentinin 46 nəfər fiziki şəxsin sığorta agenti fəaliyyətinə verilmiş lisenziyanın 3 ay müddətinə dayandırılması müraciətinə baxılaraq müsbət qərar qəbul edilib. Lisenziyaların dayandırılmasına səbəb, sığorta agentlərinin “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 93.2-3-cü maddəsinin tələblərinə riayət etməyərək MBNP-yə rüblük hesabatları təqdim etməmələri olub.

 

İclasda həmçinin, Babayeva Nüşabə Qurban qızının, Qurbanov Pənah Məhəmməd oğlunun və Hüseynov Zaur Namiq oğlunun MBNP-yə müraciəti əsasında onların sığorta agenti fəaliyyətinə verilmiş lisenziyaları ləğv edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR