Bank Of Baku

Elman Rüstəmov: "2018-ci ildə iqtisadi artım üzrə pozitiv dinamikanın qorunacağı gözlənilir"

Elman Rüstəmov: "2018-ci ildə iqtisadi artım üzrə pozitiv dinamikanın qorunacağı gözlənilir"
# 12 fevral 2018 08:51 (UTC +04:00)

"2017-ci ildə makroiqtisadi sabitliyin güclənməsi iqtisadi aktivliyin canlanmasına müsbət təsir edib".

 

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib. O bildirib ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ildə qeyri-neft sektorunda 2,7%-lik iqtisadi artım baş verib.

 

"O cümlədən qeyri-neft sənayesində 3,7%, kənd təsərrüfatında 4,2% iqtisadi artım olub. İqtisadi artım dövlətin investisiya xərclərinin və qeyri-neft ixracının artması, habelə istehlakçı inamının yüksəlməsi ilə dəstəklənib. 2018-ci ildə də iqtisadi artım üzrə pozitiv dinamikanın qorunacağı gözlənilir", - deyə E.Rüstəmov vurğulayıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR