Bank Of Baku

Fərid Hüseynov "Kapital Bank"ın İdarə Heyətinin sədr müavini təyin olunub - FOTO

Fərid Hüseynov "Kapital Bank"ın İdarə Heyətinin sədr müavini təyin olunub - <span style="color: red;">FOTO
# 01 may 2015 11:47 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə-APA-Economics. "Kapital Bank" ASC-nin İdarə Heyətinə yeni sədr müavini təyin olunub.

 

Bankdan "APA-Economics"ə verilən məlumata görə, bu vəzifəyə Fərid Hüseynov gətirilib.

 

F. Hüseynov vəzifəsinin icrasına may ayının 1-dən etibarən başlayacaq.

 

O, eyni zamanda baş əməliyyat inzibatçısı vəzifəsində çalışacaq.

 

F. Hüseynov iqtisad elmləri doktorudur. Bank sektorunda 14 illik zəngin təcrübəyə malikdir.

 

Bundan öncə F. Hüseynov "Bank of Baku" ASC-nin İdarə Heyətinin sədri olub.

 

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank 89 filialı və 6 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 nömrəli Müştəri Xidmətinə və Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR