Bank Of Baku

Gələn il ARDNF-in aktivlərinin $35 mlrd. olacağı proqnozlaşdırılır

Gələn il ARDNF-in aktivlərinin $35 mlrd. olacağı proqnozlaşdırılır
# 12 oktyabr 2016 14:18 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Gələn il Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin həcmi daha $1 mlrd. artacaq. "APA-Economics" xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında ARDNF-in icraçı direktoru Şahmar Mövsümov deyib.


Ş. Mövsümovun sözlərinə görə, 2016-cı ilin sonuna aktivlərin həcmi $34 mlrd. təşkil edəcək.
 

"Gələn il tarazlaşdırılmış büdcə siyasəti həyata keçirəcəyik. Aktivlərimiz 2017-ci ildə $1 mlrd. da artacaq", - Ş. Mövsümov qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR